Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon barədə dərc olunan yazılara münasibət bildirir.

11 fevral 2021 | 16:00

Məkrli və qərəzli məqsədlərə xidmət edən bəzi internet saytları reallıqdan kənar və dəqiqləşdirilməmiş fikirləri yazmaqla,  rayon İcra Hakimiyyətinin işgüzar fəaliyyətinə xələl gətirməyə və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlərinə, görülmüş işlərə kölgə salmağa cəhd göstərirlər.
Əslində, bu cür təxribat xarakterli yazılar Goranboyluların fikri və münasibəti deyil, kiminsə şəxsi, qərəzli yanaşmasıdır. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları yaymaq əsil  jurnalist peşəsinə yaraşan davranış tərzi deyil.Rayonda görülmüş işlər barədə məlumat və materialları İcra Hakimiyyətinin rəsmi internet (www.goranboy-ih.gov.az), Facebook və İnstaqram (Goranboy rayon Icra Hakimiyyəti) səhifələrindən izləmək və öyrənmək olar.Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrinə  aid dövlət siyasətinin və Ölkə Rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını  təmin edir.Bir daha bildiririk ki, bəzi saytlarda yerləşdirilən bu kimi informasiyalar böhtan xarakterlidir, tam əsassızdır.Mətbuatdakı bəzi həmyerlilərimizin diqqətinə çatdırırıq ki, jurnalistin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Öz həmkəndlisi ilə aralarında olan məişət və ya digər zəmində olan narazılıqlar çərçivəsində Goranboy rayon icra hakimiyyətinin adını hallandırmaq və qərəzli yazılar yazdırmaq yolverilməzdir.
Bildiririk ki, kimlərinsə şəxsi sifarişləri əsasında qərəzli yazılar yazmaqdansa Qəhraman Goranboyluların fikirlərini öyrənmək həqiqətə uygun olardı.

 

Keçidlər