Bağçakürd kəndində Şəhid anasının müraciəti operativ həll edildi.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Bağçakürd kəndində Şəhid ailələri və Qazilərini ziyarət edərkən Vətən müharibəsi Şəhidi Quliyev Aqşin Mehdi oğlunun anası Tahirə Quliyeva onun həyətyanı torpaq sahəsi ilə pay torpağı arasında gediş-gəliş yolunun olmadığını, bu məqsədlə Şəmkir Maşın Kanalının ərazidən keçən qolu üzərindən körpünün təmin edilməsini xahiş etmişdi.
İcra Başçısının, Şəhid anasının müraciətinin təmin olunması ilə bağlı tapşırığına əsasən, başçının müavini Rafət Qurbanovun rəhbərliyi ilə, rayon Suvarma Sistemləri İdarəsinin məsul şəxsləri, yerli icra nümayəndəsi və Bələdiyyə səfərbər edilərək məsələnin icrasına başlanıldı.
Şəhid anasının narahatçılığı nəzərə alınaraq, Şəmkir Maşın Kanalının paylayıcı qolu üzərindən, su axınına maneçilik yaratmamaqla kanala sukeçirici boru salındı və onun üzərinə çınqıl-daş örtüyü verilərək körpünün salınması təmin edildi. Bununla da Şəhid ailəsinin narahatçılığına son qoyuldu.