Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin müraciəti təmin edildi.

10 fevral 2021 | 02:42

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Şəhid ailələri ilə birgə Balakürd kənd Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarlarını ziyarət  edərkən,  Şəhid ailələri  Xiyabanda səliqə-səhman işlərinin aparılmasını, Xiyabananın daxili hissəsinə və  yola çınqıl-daş örtüyü verilərək hamarlanmasını xahiş etmişdilər.
İcra Başçısı Şəhid ailələrinin müraciətlərini nəzərə alaraq, bu məsələnin operativ həlli ilə bağlı, dərhal Başçının birinci müavini Ceyhun Həsənova, rayon Yol İstismarı İdarəsinin rəhbərliyinə, ərazi İcra nümayəndəliyi və yerli bələdiyyəyə müvafiq tapşırıqlarını bildirdi.
Tapşırığa əsasən, Xiyabanda abadlıq, səliqə-səhman işləri aparıldı, yola çınqıl-daş örtüyü verilərək hamarlandı. Bununla da Şəhid ailələrinin məmnunluğu təmin edildi.

 

Keçidlər