Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə “Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında tədbirlərini davam etdirir.

09 fevral 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə  “Şəhidlərimizi və Qazilərimizi  tanıyaq və tanıdaq”  layihəsi əsasında tədbirlərini davam etdirir.

Layihənin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məqsədlə, Şəhid və Qazilərimizin qəhrəmanlıq yolu  onların ailə üzvləri və müəllimlərinin fikir və xatirələrindən öyrənilərək şagird və yeniyetmələrə aşılanır.
Layihə çərçivəsində  Muzdurlar kəndindən olan Vətən Müharibəsi Şəhidlərimiz Məmmədov Ehtiram Mehman oğlu  və Məmmədov Əlövsət Əli oğlunun ailələri ilə  görüşlər  keçirilmişdir.

 

Keçidlər