Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, “Əmək Ordeni” ilə təltif edilmiş, Quşçular kənd sakini, fermer Həmidov Rauf Talış oğlunun təsərrüfatında olan İcra başçısı burada aparılan işlərlə yaxından tanış oldu.

Təsərrüfat rəhbəri istifadə olunan 143 hektar torpaq sahəsinin 50 hektarında pambıq, 35 hektarında buğda, 25 hektarında arpa, 15 hektarında günəbaxan və 18 hektarında isə yonca bitkisinin əkildiyini, sahələrin 4 tarlalı növbəli əkin üsulu ilə becərilməsi barədə məlumat verdi.Təsərrüfatın suvarılmasında Şəmkir Maşın Kanalı və 2 ədəd subartezian quyusundan istifadə olunur.Bundan əlavə təsərrüfatda iri və xırda buynuzlu heyvandarlıqla da məşğul olunur. Burada 35 baş cins iribuynuzlu, 200 baş xırda buynuzlu heyvan saxlanılır. İstehsal olunan ət,süd və digər kənd təsərrüfatı məhsulları Dəliməmmədli şəhərinin və ətraf yaşayış məntəqələrinin sakinlərinə satılır.