Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Vətən müharibəsi zamanı dağılmış evlərin bərpasına başlanılmışdır

07 fevral 2021 | 03:50

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində Goranboy rayonunda da mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə və sahibkarlıq subyektlərinə xeyli ziyan dəymişdir.
Dəymiş ziyanın siyahıya alınması üçün İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi və rayon icra hakimiyyətinin iştirakı ilə müvafiq komissiya yaradılmışdır. Komissiya Goranboy rayonunun cəbhəyanı ərazilərində yerləşən Aşağı Ağcakənd, Meşəli, Qaraçinar, Yenikənd, Zeyvə, Hacallı, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, Qızlhacılı,Tapqaraqoyunlu və Tap yaşayış məntəqələrindəki vətəndaşların şəxsi əmlaklarına və evlərinə atılan mərmi partlayışları nəticəsində dəymiş ziyanı müəyyənləşdirmişdir.
Komissiya tərəfindən Goranboy rayonu üzrə 471 obyektə baxış keçirilmiş, bundan 371 nəfərə ziyan dəyməsi müəyyən edilərək aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında sözügedən komissiya tərəfindən qiymətləndirmə aparılmış, “Kapital Bank”ın Goranboy rayon filialında həmin şəxslərin hesab nömrələrinə komissiyanın müəyyən etdiyi məbləğdə pul köçürmələri təmin edilmişdir. Hazırda vətəndaşlar dağılmış və ya ziyan dəymiş evlərinin bərpasına başlamışlar.

Sabir ƏLİYEV,
“Azərbaycan”

Keçidlər