Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon icra Hakimiyyəti başçısı Elmi Tədqiqat İnstitutunun Fəxralı kəndində fəaliyyət göstərən Arıçılıq mərkəzində oldu.

05 fevral 2021 | 16:00

Goranboy rayon icra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Elmi Tədqiqat İnstitutunun Fəxralı kəndində fəaliyyət göstərən Arıçılıq mərkəzində  aparılan elmi tədqiqat işləri ilə tanış oldu. Mərkəzin direktoru  müəssisənin fəaliyyəti barədə icra başçısına geniş məlumat verdi. Mərkəzin istifadəsində olan 83 hektar torpaq sahəsində becərilən tut bağlarına, arıçılıq üçün istifadə olunan lavanda plantasiyalarına və yeni istifadəyə verilən İstixana kompleksinə baxış keçirildi.
İcra Başçısı arıçılığın inkişafında milli genefonun qorunub saxlanılması və daha da geniş inkişafı ilə bağlı tövsiyyələrini bildirdi.

 

Keçidlər