Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Goran-Cotton” MMC-nin pambıq emalı zavodunda oldu, mövcud problemlərlə maraqlandı.

04 fevral 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən “Goran-Cotton” MMC-nin pambıq emalı zavodunda oldu. İcra başçısı qəbul məntəqəsində pambığın qəbulu və emalı prossesini,  izlədi, pambığın vaxtında və itkisiz yığımının təşkili, 2021-ci ildə bağlanan müqavilələrin istehsalçıları ilə maraqlandı  və burada yaranan problemlərlə bağlı aidiyyəti qurumlarla müzakirələr apardı.
Ötən məhsul ilində zavodun fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar diqqəti cəlb etmişdir. Belə ki, müəssisə ilə istehlakçılar arasında bağlanmış müqavilənin şərtlərinə MMC tərəfindən düzgün əməl edilməmiş, əkin sahələrinə vaxtında aqrotexniki xidmət göstərilməmiş və məhsul yığımı zamanı vətəndaşlara pul ödənişləri ilə bağlı ciddi haqlı  narazılıqlar mövcud olmuşdur. Bütün bu səbəblərə əsasən, fermer və istehlakçıların bu müəssisə ilə əməkdaşlıq istəkləri xeyli azalmışdır. Bu da bağlanan müqavilələrin az olması ilə nəticələnir.
   2020-ci ildə, 446.3 hektar ərazidə pambıq əkilmiş və 822,44 ton kondisiya çəkisində xam  pambıq məhsulu yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilmişdir. 2021-ci ilin cari dövü ərzində isə 138 hektar ərazidə  müqavilə bağlanmışdır.
İcra Başçısı qeyd olunan nöqsan və problemlərin aradan qaldırılması və müəssisə ilə istehlakçılar arasında işgüzar, səmimi əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı müəssisə rəhbəri ilə söhbətlər apardı, müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

 

Keçidlər