Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboydan şəhid ailəsinin Prezidentə minnətdarlığı

04 fevral 2021 | 03:00

Lalə Yusifovadan, Goranboy, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizin həm müharibə dövründə, həm də Qələbəmizdən sonra şəhid ailələrinə və qazilərə göstərdiyiniz diqqət və qayğı danılmazdır. Siz şəhid ailələrinə həmişə böyük dəyər verirsiniz.

Qırx dörd günlük Vətən müharibəsində düşmənin ağır artilleriya atəşi nəticəsində bibim Ziyadova Flora Qaraj qızı öz evində şəhid oldu. Bibim Tapqaraqoyunlu kənd Körpələr evi-uşaq bağçasında musiqi rəhbəri idi. Sizin şəhid ailələrinə diqqətiniz sayəsində indi həmin vəzifə mənə həvalə edilib.

Cənab Prezident, çox sevincliyəm. Sevincliyəm ona görə ki, Vətən müharibəsində Zəfər qazandıq, bu gün ölkəmizdə hər bir müharibə iştirakçısına dərin hörmət, ehtiram var. Bu məktubu yazmağı, Sizə sonsuz minnətdarlığımı bildirməyi özümə vətəndaşlıq borcu hesab etdim. Siz bizim əbədi Prezidentimizsiniz. Biz hər zaman Sizinləyik.

Yaşasın Prezidentimiz və dövlətimiz! Yaşasın müzəffər Ordumuz! Yaşasın mübariz Azərbaycan xalqı!

Hörmətlə

Yusifova Lalə.

Azərbaycan Respublikası, Goranboy rayonu, Tapqaraqoyunlu kəndi.

Keçidlər