Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda “2 fevral Gənclər Günü” ilə bağlı tədbir keçirildi.

03 fevral 2021 | 07:39

Gənclər tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyuldu və əziz xətirəsi böyük ehtiramla anıldı.
Daha sonra “2 fevral Gənclər Günü”  münasibəti ilə Gənclər və İdman parkında  görüş keçilirdi.
Görüşdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev , rayonun digər rəhbər şəxsləri iştirak etdilər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamından irəli gələn tələblərin icrası, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində müzakirələr aparıldı.
Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu fəaliyyətlərinə görə Goranboy rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər.

 

 

Keçidlər