Goranboy rayonunun ümumtəhsil məktəblərində dezinfeksiya işləri həyata keçirildi.
31 yanvar 2021 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən 2021-ci ilin fevral ayını 1-dən etibarən ümumtəhsil məktəblərində əyani təhsilə başlanılması ilə bağlı, Goranboy rayonunun ümumtəhsil məktəblərində, pandemiyaya qarşı mübarizə məqsədi ilə, 31 yanvar 2021-ci il tarixində dezinfeksiya işləri həyata keçirildi.