960 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbinin tikinti işlərinə start verilmişdir.
29 yanvar 2021 | 07:18
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Goranboy rayonunun Dəliməmmədli şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, 960 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Dəliməmmədli şəhərində yeni məktəb binasının tikinti işləri ilə yerində tanış oldu.