Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciəti yerində araşdırıldı.

28 yanvar 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə Vətən müharibəsi Şəhidi Alıyev Laçın Rasim oğlunun anası Məlahət Cavadovanın müraciətinin yerində araşdırılması məqsədi ilə, Yəhərçi Qazaxlar kəndində oldu.
İcra Başçısı Şəhid anası ilə görüşdü, onun problemlərini dinlədi, sosial qayğıları ilə maraqlandı, problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi, Şəhidin ailəsi ilə birgə Şəhidimizin məzarını ziyarət etdi, burada yerli iş adamları tərəfindən inşa edilən Şəhidlər Xatirə Kompleksi ilə də tanış oldu.

 

Keçidlər