Goranboy rayon İcra Hakimiyyəti Qazinin əlil arabasına olan ehtiyacını təmin etdi.
28 yanvar 2021 | 04:33
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tap Qaraqoyunlu kəndində Vətən Müharibəsi Qazisi Həsənəliyev Qədim Ziyəddin oğlunu evində ziyarət etdi, onun əlil arabasına olan ehtiyacını təmin etdi.
İcra başçısı ilə səmimi söhbəti zamanı Qazimiz öz şərəfli döyüş yolundan danışdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazimizi təbrik edən İcra Başçısı Onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.