Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun ümumtəhsil məktəblərinin direktorları ilə müşavirə keçirdi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, Təhsil Şöbəsi və ümumtəhsil məktəbələrinin direktorları ilə birgə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən 2021-ci ilin fevral ayını 1-dən etibarən ümumtəhsil məktəblərində əyani təhsilə başlanılması ilə bağlı müşavirə keçirdi.
Müşavirədə xüsusi karantin dövrü ərzində distant təhsilin keçirilməsi vəziyyəti və gələcəkdə əyani təhsilin tələb olunan səviyyədə təşkili, internet təminatı, ümumilikdə təhsil sahəsində mövcud problemlər ilə bağlı müzakirələr aparıldı.
İcra başçısı, internet təminatı sahəsində mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı rayon Telekommunkasiya Qovşağının rəisi Hafiz Muxtarova və təhsil sahəsində neqativ və qanunazidd hallara yol verilməməsi ilə bağlı rayon Təhsil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Maksim Bayramova ciddi xəbərdarlıqlarını bildirdi.
Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərə, məktəblərin istilik təminatı, pandemiyaya qarşı mübarizənin davam etdirilməsi məqsədi ilə dezinfeksiya işlərinin aparılması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə olunması ilə bağlı tapşırıq və tövsiyyələrini verdi.