Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə, Goranboy şəhəri 1 nömrəli tam orta məktəbinin tikinti işləri surətlə davam etdirilir.
26 yanvar 2021 | 16:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə, “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə, 760 şagird yerlik Goranboy şəhəri 1 nömrəli tam orta məktəbinin tikinti işləri surətlə davam etdirilir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, tikinti işləri ilə yerində tanış oldu, işlərin operativ aparılması, binanın elektrik, istilik və digər kommunal təhcizatlarla təminatı ilə bağlı müvafiq müzakirələr aparıldı, aidyyəti məsul şəxslərə lazımi tapşırıqlar verildi.