Goranboy rayon Mərkəzi Xəstəxanasında əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci
il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiya- sı” təsdiq edilib. Strategiyaya uyğun olaraq vak- sinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strate- giyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınma- sına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur.
Hamlet Qasımov
" Xalq Qazeti " nin bölgə müxbiri