Goranboy rayonunda, 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlərimizin məzarları ziyarət edildi.
20 yanvar 2021 | 16:00
20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət fəalları Muzdurlar kəndində 20 yanvar Şəhidi İlqar Kərimovun məzarını ziyarət etdi. Sonra Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksində bütün Şəhidlərimizin xatirəsi anıldı, ruhlarına dualar oxundu. Bütün ölkə ərazisində olduğu kimi, Goranboyda da Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.