Goranboy rayon İcra Hakimiyyətinin başçısı Qızılhacılı qəsəbəsində fəaliyyət göstərən “Kaskad-Aqro” MMC-də oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması” barədə tapşırığına uyğun olaraq yaradılmış, Qızılhacılı qəsəbəsi ərazisində fəaliyyət göstərən «Kaskad -Agro» MMC-yə məxsus İstixananın ümumi sahəsi 5 hektardır. İstixanaya 8,5 milyon manata yaxın özəl invistitsiya qoyulmuş və 85 nəfər daimi işlə təmin edilmişdir.
Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev istixana kompleksində oldu, burada İstixananın istehsal gücü, məhsulların çeşidi və müəssisənin gələcək fəaliyyət planı ilə baglı müəssənin rəhbərliyi ilə işgüzar müzakirələr aparıldı.
İllik istehsal gücü 1500 ton olan İstixana məhsullarını, əsasən xarici, qismən də daxili bazara çıxarılır. Burada yetişdirilən məhsullar ekoloji cəhətdən standartlara uygundur, müasir intensiv texnologiyalardan istifadə olunmaqla pamidor məsulu istehsal olunur, yeni çeşidləmə emalatxanası yaradılmışdır.
Lakin, son zamanlar xarici bazarlara, xüsusən də Rusiya bazarına ixracla bağlı qarşı tərəfdən yaranan sünü problemlər müəssisənin normal fəaliyətinə öz mənfi təsirini göstərir. Bununla bağlı, aidiyyəti qurumların iştirakı ilə müzakirələr aparılmiş və məsələnin həlli ilə baglı yaxın zamanlarda qanunamüvafiq qərarların qəbul edilməsi gözlənilir.