Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu Qaraçinar kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər və Laçın rayonlarından olan bir neçə nəfərin sosial şəbəkələrdə yerləşdirdikləri videoçəkiliş ilə bağlı rayon İcra Hakimiyyətinin münasibəti.

13 yanvar 2021 | 04:59

Goranboy rayonunun Qaraçinar kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər və Laçın rayonlarından olan bir neçə nəfər, erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində yaşayış evlərinə ziyan dəyməsi, lakin müvafiq  siyahıyalınmada adlarının  olmaması barədə sosial şəbəkələrdə videoçəkiliş  yerləşdirmişdir.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınması üçün Nazirlər Kabinetinin Qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi və rayon İcra Hakimiyyətinin iştirakı ilə müvafiq Komissiya yaradılmışdır. Komissiya Goranboy rayonunun cəbhəyanı ərazilərdə yerləşən Aşağı Ağcakənd, Meşəli, Qaraçinar, Yenikənd, Zeyvə, Hacallı, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, Qızlhacılı,Tap Qaraqoyunlu və Tap yaşayış məntəqələrindəki vətəndaşların şəxsi əmlaklarına və evlərinə  atılan mərmi partlayışları nəticəsində  dəymiş ziyanları müəyyənləşdirmişdir.  
Komissiya tərəfindən yerlərdə Goranboy rayonu üzrə 471 obyektə baxış keçirilmiş, bundan 371 nəfərə ziyan dəyməsi müəyyən edilərək  aktlar  tərtib edilmişdir. O cümlədən, rayonun Qaraçinar kəndi ərazisində 77 evə baxış keçirilmiş, 58 evdə qeydiyyat aparılmış, bundan 30 nəfərə ziyan dəyməsi barədə akt tərtib edilmişdir. Həmin aktlar əsasında sözü gedən Komisssiya tərəfindən qiymətləndirmə aparılmış, Kapital bankın Goranboy rayon filialında həmin şəxslərin hesab nömrələri açılmış, müvafiq kartlar verilmiş və həmin kartlara Komissiyyanın müəyyən etdiyi məbləğdə pul köçürmələri təmin edilmişdir. 
Məlumat üçün bildiririk ki, Komissiya tərəfindən şikayət edən şəxslərin evlərinə də baxış keçirilmişdir. Bunlardan: Qaraçinar kənd sakini  Məmmədov Vəli Aslan oğlu və Qaraçinar kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini Həsənov Sərdar Əmirxan oğlu, dəymiş ziyana  görə, hər biri  1000 manat almışdır. Digərləri, Qaraçinar kəndində müvəqqəti məskunlaşmış; Laçın rayon sakini  Səmədova Şamama Bayram qızı, Kəlbəcər rayon sakinləri  Süleymanov Bilal Sultan oğlu, Süleymanov Sərdar Məhəmməd oğlu və İsayev Arif Məhəmməd oğlunun yaşayış evlərinə ziyan dəyməsi Komisiya tərəfindən müəyyən edilmədiyi üçün barələrində akt tərtib edilməmiş və maddi köməklik nəzərdə tutulmamışdır. Həmin şəxslərin iddiaları əsassızdır.

 

Keçidlər