Goranboy rayon İcra Hakimiyyətinin başçısı Qızılhacılı qəsəbəsində suvarma suyu ilə bağlı problemlərlə yerində maraqlandı.
13 yanvar 2021 | 04:41
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti vəzifəli şəxslərlə birgə Qızılhacılı qəsəbəsində suvarma suyu ilə bağlı mövcud problem və çatışmazlıqlarla yerində maraqlandı. Suqovuşan su anbarından rayon ərazisinə gələn su kanalının bərpası, həmin kanal vasitəsi ilə Qızlhacılı və ətraf təsərrüfatların su təminatının yaxşılaşdırılması, ərazidə mövcud subartezian quyusunun bərpa edilməsi ilə bağlı müzakirələr aparıldı. Qeyd olunan məsələlərlə bağlı, Melorasiya və Su Təsərrüfatı ASC-nin məsul şəxsləri ilə də danışıqlar aparılmışdır.