Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə “Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında tədbirlərini davam etdirir.
11 yanvar 2021 | 16:00
Layihənin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məqsədlə, Şəhid və Qazilərimizin qəhrəmanlıq yolu onların ailə üzvləri və müəllimlərinin fikir və xatirələrindən öyrənilərək şagird və yeniyetmələrə aşılanır. Layihə çərçivəsində Tatarlı və Buzluq kəndlərindən olan Vətən Müharibəsi Şəhidlərimizin ailələri və Qazilərimiz ilə görüşlər keçirilmişdir.