Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə “Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında tədbirlərini davam etdirir.
07 yanvar 2021 | 16:00
Layihənin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məqsədlə, Şəhid və Qazilərimizin qəhrəmanlıq yolu onların ailə üzvləri və müəllimlərinin fikir və xatirələrindən öyrənilərək şagird və yeniyetmələrə aşılanır. Layihə çərçivəsində Düzqışlaq kəndində Vətən Müharibəsinin Şəhidləri Zeynalov Elşən Zaman oğlu, Qasımov Tural Yelmar oğlu və Baxşıyev Eldar Sultan oğlunun ailələri ilə görüşlər keçirilmişdir