Goranboy rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qazisini evində ziyarət etdi.
05 yanvar 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsindən olan Vətən Müharibəsi Qazisi Xəlilov Elnur Rizvan oğlunu ziyarət etdi. İcra başçısı ilə səmimi söhbəti zamanı Qazimiz öz şərəfli döyüş yolundan danışdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazimizi təbrik edən İcra Başçısı Onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.İcra Başçısı tərəfindən Qazimizə əlil arabası verildi.