Goranboy rayon icra Hakimiyyətinin başçısı Dəliməmmədli şəhərində Şəhidlərin məzarını ziyarət etdi.
31 dekabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəhid ailələri, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət fəalları ilə birgə, Dəliməmmədli şəhərinin Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarlarını ziyarət etdi. Şəhidlərimizin məzarları üzərinə tər güllər qoyuldu və ruhlarına dualar oxundu.