Goranboy rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Şəhidlərinin məzarlarını ziyarət etdi.
29 dekabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəhid ailələri, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət fəalları ilə birgə, Balakürd kənd qəbirstanlığında salınmış Şəhidlər Xiyabanında, Qızılhacılı qəsəbəsindən, Balakürd və Tap Qaraqoyunlu kəndlərindən olan Vətən Müharibəsi Şəhidlərimizin məzarlarını ziyarət etdi. Şəhidlərimizin məzarları üzərinə tər güllər qoyuldu və ruhlarına dualar oxundu.