Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Qızılhacılı qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi.

27 dekabr 2020 | 06:49

-Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Həsənov Saleh Valeh oğlu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli müvafiq  Sərəncamına əsasən, Vətən Müharibəsində göstərdiyi xüsusi fədakarlıq və sücaətinə görə “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adına layiq görülmüşdür.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı Həsənov Saleh Valeh oğlunun ailəsini ziyarət etdi. İcra Başçısı Vətən müharibəsində göstərdiyi Qəhrəmanlığa görə Goranboylu Qəhrəmanın valideynlərinə, əzizlərinə təşəkkürünü bildirdi və bu Fəxri ad üçün onları təbrik etdi.

Vətən Müharibəsi Qəhrəmanının valideynləri övladlarının döyüş yolundan danışdılar və Salehin xidmətlərinin yüksək qiymətləndirilməsinə,  bu Fəxri adın verilməsinə görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər