Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə “Şəhidlərimizi və Qazilərimizi tanıyaq və tanıdaq” layihəsi əsasında tədbirlərini davam etdirir.
26 dekabr 2020 | 16:00
Layihənin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məqsədlə, Şəhid və Qazilərimizin qəhrəmanlıq yolu onların ailə üzvləri və müəllimlərinin fikir və xatirələrindən öyrənilərək şagird və yeniyetmələrə aşılanır.
Layihə çərçivəsində Səfikürd kəndində Vətən Müharibəsi Qaziləri və ailələri ilə görüşlər keçirilmişdir.