Goranboy rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qazilərini ziyarət etdi.
26 dekabr 2020 | 08:30
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər rəhbər şəxslər Fəxralı kəndində Vətən Müharibəsi Qaziləri Əhmədov Elçin Afiz oğlunu və Əhmədov Eşqin Əsəd oğlunu ziyarət etdi. İcra başçısı ilə səmimi söhbəti zamanı Qazilərimiz öz şərəfli döyüş yolundan danışdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazilərimizi təbrik edən İcra Başçısı Onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.