Dəliməmmədli şəhərində 8 mənzilli yeni yaşayış binası istifadəyə verildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında müvafiq Sərəncamına uyğun olaraq, Dəliməmmədli şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə, 8 mənzilli yeni yaşayış binası inşa edilmişdir. Bina elektrik, təbii qaz, içməli su, rabitə təminatı ilə təhciz edilmişdir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxslərinin iştirakı ilə, bina sakinlərinin istifadəsinə verildi. Bina sakinləri bu diqqət və qayğıya görə Dövlət rəhbəri, cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və bu mənzillərin Cənab Prezidentin onlara ən gözəl hədiyyəsi olduğunu qeyd etdilər.