Goranboy rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qazisini evində ziyarət etdi.
24 dekabr 2020 | 02:49
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərində Vətən Müharibəsi Qazisi Quliyev Orxan İlham oğlunu evində ziyarət etdi. İcra başçısı ilə səmimi söhbəti zamanı Qazimiz öz şərəfli döyüş yolundan danışdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazimizi təbrik edən İcra Başçısı Onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.