Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi” mövzusunda növbəti dəyirmi masa təşkil edildi.

03 sentyabr 2022 | 10:09

Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya üzvlərinin, rayon Polis şöbəsinin və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə əməkdaşlığı ilə,  “Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi” mövzusunda növbəti dəyirmi masa təşkil edildi.

Tədbirdə, yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilməsinin və mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin zəruriliyi vurğulandı. Bildirildi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi və digər aidiyyəti qurumlar mütəmadi olaraq bu istiqamətdə qarşılıqlı işlər aparır və müvafiq tədbirlər görürlər.

Keçidlər