Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda növbəti şəhid ailəsi fərdi yaşayış evi ilə təmin olundu.

22 dekabr 2020 | 10:11

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət, qayğısı  və müvafiq tapşırığı  əsasında Şəhid ailələri, Qazilər və müharibə iştirakçılarının  yaşayış mənzilləri ilə təminatı sahəsində işlər davam etdirilir.
Goranboy  şəhərində də şəhid ailəsi Zeynalov Fərhad Əmralı oğlu  fərdi yaşayış evi ilə təmin edilmişdir. Fərdi yaşayış evi rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli və digər məsul şəxslərin iştirakı ilə, şəhid ailəsinin istifadəsinə verilmişdir.
Şəhid atası bu diqqət  və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə özünün və ailəsinin  minnətdarlığını bildirdi.

 

Keçidlər