“YAŞAT” Fondu tərəfindən Goranboy rayonunda, yaralananların və şəhid ailələrinin qeydiyyat və digər sənədləşmə işlərinə başlamışdır.
20 dekabr 2020 | 16:00
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fondu tərəfindən Goranboy rayonunda, yaralananların və şəhid ailələrinin qeydiyyat və digər sənədləşmə işlərinin dəqiqləşdirilməsi prossesinə başlamışdır. Bu məqsədlə, Fondun nümayəndələri Goranboy rayon icra Hakimiyyətinin əməkdaşları ilə birgə, 19 şəhid ailəsində olmuşdur.