Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Şəhid Milli Qəhrəman ailələri ilə görüşdü.
17 dekabr 2020 | 04:32
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Tatarlı kəndindən Şəhid Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyava, Tap Qaraqoyunlu kəndindən Şəhid Milli Qəhrəman Niyazi Aslanovun xanımı Rübabə İsmayılova və Qızılhacılı qəsəbəsindən Şəhid Milli Qəhrəman Yunis Əliyevin xanımı Pakizə Əliyava ilə görüşdü. Başçısı Şəhid ailələrinin problemləri ilə maraqlandı, onların qayğı və problemlərinin operativ həlli ilə bağlı, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını bildirdi.