Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə “Şəhidlərimizi və Qəhrəmanlarımızı tanıyaq” layihəsi əsasında tədbirlərini davam etdirir.
16 dekabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə “Şəhidlərimizi və Qəhrəmanlarımızı tanıyaq” layihəsi əsasında tədbirlərini davam etdirir.
Layihənin məqsədi yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məqsədlə, Şəhid və Qazilərimizin qəhrəmanlıq yolu onların ailə üzvləri və müəllimlərinin fikir və xatirələrindən öyrənilərək şagird və yeniyetmələrə aşılanır.
Layihə çərçivəsində bu gün Veyisli kəndində Vətən Müharibəsi Şəhidlərimiz Süleymanov Arif Ramiz oğlu və Əşrəfov Məhəmməd Yusif oğlunun ailələri ilə görüş keçirilmişdir.