Goranboy rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qazisini evində ziyarət etdi.
15 dekabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tatarlı kənd sakini, Vətən Müharibəsinin Qazisi Babayev Elməddin Şaməddin oğlunu evində ziyarət etdi. İcra başçısı ilə səmimi söhbəti əsasında Qazi öz şərəfli döyüş yolundan danışdı. İcra Başçısı Məhərrəm Quliyev cənab Ali Baş Komandanın rəhbərliyi ilə, Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazimizi və onun valideynlərini də təbrik etdi. Qazinin və ailəsinin problemləri ilə maraqlanan İcra Başçısı Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.