Goranboy rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qazisini evində ziyarət etdi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfikürd kənd sakini, Vətən Müharibəsinin Qazisi Əliyev Təbriz Şəmsi oğlunu evində ziyarət etdi. İcra başçısı ilə səmimi söhbəti əsasında Qazi öz şərəfli döyüş yolundan danışdı. İcra Başçısı Məhərrəm Quliyev cənab Ali Baş Komandanın rəhbərliyi ilə, Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazimizi və onun valideynlərini də təbrik etdi. Döyüşlərdə hər iki ayağından ağır yaralanmış Qazimizə İcra Hakimiyyəti tərəfindən əlil arabası təqdim edildi. Qazinin və ailəsinin problemləri ilə maraqlanan İcra Başçısı Şəhid ailələri və Qazilərimizin Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı.
Qazimizin valideynləri ziyarət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.