Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda İkinci Qarabağ savaşı - Vətən müharibəsinin şəhid ailələri və qaziləri ilə görüşlər davam edir.

05 dekabr 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev  Baxçakürd kəndində qazi , Xüsusi Təyinatlı Qüvvələrimizin  giziri Hüseynov Valeh Səfər oğlunu evində  ziyarət etmişdir.
Rayon  ictimaiyyəti və  Bağçakürd kənd sakinlərinin iştirakı ilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev Prezident-Ordu- Xalq birliyindən danışdı.
Həmrəyliyimizin Vətən müharibəsi dövründəki əhəmiyyətini qeyd edən  Məhərrəm Quliyev yaralanan əsgər və zabitlərimizin hər zaman diqqət mərkəzində olacaqlarını bir daha vurğuladı.
Qazi Hüseynov Valeh Səfər oğlu görüş zamanı ziyarət edildiyi  üçün Məhərrəm Quliyevə və  ziyarətdə iştirak edən  rayon ictimaiyyətinə öz minnətdarlığını bildirdi.

 

Keçidlər