Vətən Müharibəsi şəhid ailələri və qazilərinin ziyarəti davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi yüksək qayğının təzahürüdür ki, yerlərdə də bu istiqamətdə müvafiq işlər görülür. Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri digər qurumların rəhbər şəxsləri ilə birgə yaralanmış Vətən Müharibəsi qaziləri Aşağı Ağcakənd qəsəbə sakini Həsənov İsgəndər Səməndər oğlu və Əliyev Ramin Mehman oğlu ilə görüşdülər. Qazilərimizin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdə göstərdikləri xidtmətlərinə görə öz təşəkkürlərini bildirən qonaqlar, ailələrin problemləri ilə də maraqlandılar. Dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi qayğıdan kənar qalmayacaqları bildirildi.