Goranboy rayonunda İkinci Qarabağ savaşı- Vətən müharibəsinin şəhid ailələri və qaziləri ilə görüşlər davam etməkdədir.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin bu dəfəki görüşü Dəliməmmədli şəhərində qazilər Bağırov Arzuman Rövşən oğlu, Vəliyev Azər Rüfət oğlu, Həsənov Elmar Əsəd oğlu və İmanov İlqar Saleh oğlunun atasının ziyarət olunması ilə bağlı olmuşdur. Hər zaman səmimi və həssaslıqla yanaşılan qazilərlə görüş zamanı digər kəndlərdə təşkil olunan ziyarətlərə də toxunun icra Başısı onların eyni amal uğurunda –vətən yolunda canlarını qoyduqlarını, cəmiyyətə nümunə olduqlarını qeyd etdi. Həmrəyliyimizin Vətən müharibəsi dövründəki əhəmiyyətinindən danışan İcra Başçısı yaralanan əsgər və zabitlərimizin hər zaman diqqət mərkəzində olacaqlarını bir daha vurğuladı.
Qazilər görüş zamanı ziyarət edildiyi üçün rayon ictimaiyyəti və Başçıya öz minnətdarlıqlarını bildirdilər.