Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun Dəliməmmədli şəhər qəbristanlığında şəhid məzarlarını ziyarət etdi və Şəhidlər Xiyabanının yenidən qurulması üçün işlərə başlanıldı
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ictimaiyyəti ilə birlikdə Dəliməmmədli şəhər qəbristanlığında şəhid məzarlarını ziyarət etmişdir. Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunmuş, onların vətən uğurunda göstərdiyi şücaətlər xatırlanmışdır. Dəliməmmədli şəhər şəhid ailələri tərəfindən qəbristanlıqda şəhidlər xiyabanın tikilməsi təklifi ilə bağlı Məhərrəm Quliyev lazımi tədbirlərin görüləcəyini bildirmişdir.
Şəhidlər xiyabanının tikilməsi üçün aidiyyəti şəxslərlə araşdırmalar aparılmış, rayon İcra Hakimiyyəti Memarlıq Tikinti Şöbəsinin qəbul olunmuş layihəsinə əsasən İlkin mərhələdə işlərə başlanılmışdır.
Dəliməmmədli şəhər sakinlərinin istəklərinə uyğun olaraq qəbristanlığın yaxınlığında subartezian quyusunun qazılması işlərinin sürətləndirilməsi üçün aidiyyəti üzrə idarə rəhbərlərinə tapşırıqlarını verən Başçıya şəhid ailələri təşəkkürlərini bildirdilər.