Goranboy rayon İcra Hakimiyyətinin başçısı Kürəkçay qəsəbəsində yanmış binaya baxış keçirdi.
03 dekabr 2020 | 04:38
Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə səhər tezdən rayonun Kürəkçay qəsəbəsində ümumi sahəsi 525 kvm olan bir mərtəbəli çoxmənzilli fin tipli yanmış yaşayış evinə baxış keçirmişdir. Burada ziyan çəkmiş ailələrlə görüşmüş, onalara dəymiş ziyanla bağlı maraqlanmış və binada 6 ailədən ibarət olan 19 nəfər sakinin müvəqqəti olaraq yerləşdirilməsi ilə bağlı müvaffiq tapşırıqlar verdi.