Vətən Müharibəsi şəhid ailələri və qaziləri gündəlik olaraq ziyarət olunur.
01 dekabr 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə və müharibə veteranlarına yüksək qayğı göstərilirməsi ilə bağlı yerlərdə də müvafiq işlər görülür. Goranboy rayon icra hakimiyyətinin rəhbərliyi və digər qurumlar tərəfindən yaralanmış Vətən Müharibəsi şəhid ailələri və qaziləri müntəzəm olaraq ziyarət edilirlər, qəbul olunurlar. Onların problemlərinə həssaslıqla yanaşaraq həlli istiqamətində köməklik göstərirlər.