Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

01 dekabr 2020 | 16:00

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Qızlhacılı qəsəbə sakini 1969-cu il təvəllüdlü Həsənov İlham Məmməd oğlu və Şəfibəyli kənd sakini 1980-ci il təvəllüdlü Rüstəmov Samir Şubay oğlu ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.Onlar barəsində cinayət məcəlləsininn 139.1.1 maddəsi ilə cinayət işi açılmışdır. Hazırda istintaq davam edir.

Keçidlər