İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı
01 dekabr 2020 | 16:00
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün - dekabrın 1-də Laçın rayonuna daxil olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.