Vətən Müharibəsi qazilərinin ailələri ziyarət edildi.
01 dekabr 2020 | 02:49
Goranboy rayon icra hakimiyyətinin məsul şəxsləri digər qurumların rəhbər şəxsləri ilə birgə yaralanmış Vətən Müharibəsi qaziləri Səfikürd kənd sakinləri Həsənli Rəfqan Namiq oğlu, Hüseynov Tofiq Şaiq oğlu və Əliyev Təbriz Şəmsi oğulunun ailələrini evlərində ziyarət etdilər. Qazilərimizin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdə göstərdikləri xidtmətlərinə görə ailələrinə öz təşəkkürlərini bildirən qonaqlar, ailələrin problemləri ilə də maraqlandılar, dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi qayğıdan kənar qalmayacaqları bildirildi.