Goranboy rayon İcra Hakimiyətində video-müşavire keçirildi
25 noyabr 2020 | 16:00
Video- müşavidə rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayonun rəhbər işçiləri iştirak edirdilər. Goranboy rayon İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyev ölkədə koronavirusun çox sürətlə yayılmasını bildirərək, rayonumuzda bu xəstəliyə qarşı mübarizəni gücləndirmək, rayon ərazisində yas mərasimləri ilə əlaqadər insanlar arasında marifləndirici söhbətlər aparması vacib olduğunu qeyd etdi. Bundan başqa müşavirədə ictimai ödənişli iş yerləri, işıq, qaz və digər məsələlər də müzakirə edildi. İcra başdçısı qeyd edilən məsələrlə bağlı aidiyyəti idarə və təşkilatıara ciddi tapşırıqlar verdi.