Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

24 noyabr 2020 | 04:49

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Səfikürd kənd sakini 1961-ci il təvəllüdlü Həsənov Kəniş Eldar oğlu və Boluslu kənd sakini 1990-cı il təvəllüdlü Əliyev Kamil Camələddin oğlu  ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Keçidlər