Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman goranboylular, koronavirus infeksiyasına qarşı birlikdə mübarizə aparaq !

21 noyabr 2020 | 16:00

Dünyada olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasına yoluxma halı artmışdır. Bununla əlaqədar olaraq rayon sakinlərinə ciddi xəbərdarlıq olunur. COVİD-19 infeksiyasına qarşı birlikdə mübarizə aparmalı, sosial məsafə saxlamalı, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı və başqalarını da bu qaydalara əməl etməyə təşviq edərək vətəndaşlıq məsuliyytimizi yerinə yetirməliyik.
Ölkədə xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə Goranboy rayonunda ciddi əməl olunur. Goranboy rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar və könüllülər tərəfindən əhalinin sıx toplaşdığı yerlərdə pulsuz tibbi maska paylanılır və dezinfeksiya işləri görülür, maarifləndirici söhbətlər aparılır.

Keçidlər